Menu

Azərbaycanda üçəm doğuldu - Heydər, İlham, Arif (FOTO)

16.05.2019, 11:14
Azərbaycanda üçəm doğuldu - Heydər, İlham, Arif (FOTO)

Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub.

Üçəmlər ümummilli lider Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır.

Bu, ananın ikinci hamiləliyidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol