Menu

Nazir müavini Yəhya Musayev Çexiya nümayəndə heyətini qəbul etdi

17.05.2019, 12:39
Nazir müavini Yəhya Musayev Çexiya nümayəndə heyətini qəbul etdi

Mayın 17-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Çex Respublikasının “Ceska Zbrojovka Group SE” şirkətinin idarə heyətinin sədri və prezidenti Lubomir Kovarikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan nazir müavini Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla ifadə etdi. Nazirliyin fəaliyyətindən danışan Yəhya Musayev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Çexiyanın müvafiq qurumları ilə hərbi-texniki sahədə əməkdaşlıq emək üçün hər zaman hazır olduğunu bildirdi.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Ceska Zbrojovka Group SE” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparıldı.

Sonda Lubomir Kovarik səmimi qəbula görə təşəkkürünü bildirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol