Bu il mayın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 46,9 min nəfər olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
İşsizlərin 33,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 236 manat olub.
Mayın 1-i vəziyyətinə əsasən, iqtisadi fəal əhalinin sayı 5140,8 min nəfər olub, onlardan 4887,1 min nəfərini məşğul əhali təşkil edib.
Aprelin 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1580,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 896,2 min nəfər, qeyri-dövlət sektorunda isə 684,6 min nəfər təşkil edib.
Bundan başqa, bu ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1179 nəfər təşkil edib. Onlardan 33,2 faizi tikintidə, 21,2 faizi mədənçıxarma sənayesində, 10,1 faizi emal sənayesində, 8,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,9 faizi təhsil, 4,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri və 17,7 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.


Şərhlər
Bu statistika idarəsi yalnız yalan məlumatlar verməklə məşğuldur.
46.9 min işsiz vardısa və bunlar53.9 min yeni iş yerlərndə yerləşsdirilibsə deməli həıə 7 min iş yeri adam gözləyir?
Belə statistika KOmitəsinə medal vermək və maaşlarını iki dəfə artırmaq lazımdır. Görəsən bu statistikaya inana var? Varsa o adamda ağıl,düşünmə qabiliyyəti yoxdur.Ay kişi,gəhc əhalinin 40-45 faizi,orta yaşlıların 60-70 faizi işsizdir.Siz bu məmləkətdə yaşamırsınız? Bu boyd yalan olar?Gedin Sədərək,Binə və digər ticarət mərkəzlərinə.Onlar minlərlə gənc işsizlikdən orada araba sürür.yük daşıy
Bu tmamilə yalan statistikadır.46 min yalnız Şəki rayonunda işsiz var.Bəs bütün Rüspublika.Evdə oturub statistika aparanda belə olur.Zəhmət çəkin əhalinin siyahıya alınmasını (ev-bə-ev)aparın.Onda görəcəksiniz ki,əhalinin 35-40 faizi işsizdir.Axı siz belə statistika ilə möhtərəm prezidenti də aldadırsınız və onu əsl vəziyyəti bilməkdən məhrum edirsiniz.Hələ bir Azərbaycanda qalan vətəndşların sayını belə bilməyərək,yalandan 10 milyonunçu vətəndaş yaradırsınız, 5 milyondan yuxarı işlək əhali hesablayırsınız