2019-cu ilin I rübü ərzində ölkədə 53,9 min yeni iş yerləri açılıb.
Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Bu dövrdə yaradılmış iş yerlərinin 25,4 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 72,9 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 26,7 faizi digər regionların, o cümlədən 7,4 faizi Aran, 6,5 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 2,0 faizi Yuxarı Qarabağ, 1,8 faizi Abşeron, 1,8 faizi Şəki-Zaqatala, 1,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Quba-Xaçmaz, 0,1 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 55,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 25,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 19,4 faizi isə digər tədbirlər üzrə yaradılıb.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 65,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 8,4 faizi tikinti, 7,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,2 faizi emal sənayesi, 1,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi informasiya və rabitə, 1,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,1 faizi təhsil, 1,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,3 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, 2019-cu ilin I rübü ərzində ölkədə 3,4 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 39,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 40,2 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 59,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.


Şərhlər
MOLODES...QARABAQ DA BIZIMDI....BRAVO...
Belə bir deyim var- necədi,qanmayım dədən yansın.Ayə,Qulaməli,bu qədər də barıt qoyarlar?
Azərbaycanda iş yerləri artmır,əksinə,iqtisadi təzzülə görə olan iş yerləri də bağlanır.
Bu 53.9 min iş yerini şifrləyə bilərsinizmi? Harada hansı rayonda bu iş yerləri harada aşılıb və onların toplusu 53.9 min nəfər etsin.İnandırıcı deyil.Çünki əgər bu qədər iş yeri açılıbsa onda Sizin statistikaya istinad etsək(işsizlərin mayın 1nə olan 46.9 min) o zaman Azərbaycand işsiz yoxdur.Afərin belə statistikaya və buna inaan məmurlara!
Statistikanın rəhbərinə bir sual.Dedikləriniz doğrusa necə olur ki,mən öz ovladıma 5 ildir iş tapa bilmirəm. Yaxudqonşum Qarabağ mühribə iştirakcisi Yaşar İsgəndərov 3 ildir Xətai rayonunda məşğulluqda növbədədir hələ də deyirlər gözlə müvafiq iş yoxdur. Bəs görəsən kimlər ücün acilib bu qədər iş yeri?