Menu

Yararsız məhsullar satışdan çıxarıldı

01.09.2014, 16:57
Yararsız məhsullar satışdan çıxarıldı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Suraxanı, Nəsimi, Binəqədi rayonlarında, eləcə də Sumqayıt, Şamaxı, Gəncə, Ağcabədi, Xaçmazda mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol