Menu

“Putini yavaş-yavaş başa salırıq ki...” - Zbiqnev Bjeziniski

01.09.2014, 17:42

zbiqnev“Maydan hadisələri Putinin şəxsi və beynəlxalq ambisiyalarına ciddi zərbə idi. O, buna görə də Ukraynanın Şərqində silahlı münaqişəyə başladı”.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu siyasi şərhçisi Zbiqnev Bjeziniski CNN kanalına açıqlamasında deyib.

Bjeziniski hesab edir ki, Putinin bugünkü davranışlarının iki səbəbi var: “Maydan hadisələri onun şəxsi və beynəlxalq ambisiyalarına zərbə vurdu, Sovet İttifaqını Avrasiya İttifaqı adı altında yenidən yaratmaq arzusu Ukrayna kimi mühüm bir ölkəni itirməklə puç oldu. Ukrayna digər post-sovet ölkələrdən həmişə bir addım öndə olan mühüm güc idi. Putin Donbas kömür hövzəsindən Ukraynaya qarşı “xərçəng şişi” olaraq istifadə etmək istəyir. Ukraynanın Avropaya istiqamətlənən qərarı Putinin planları üçün ciddi problemlər yaratdı və bu, digər ölkələr üçün bir nümunə oldu”.

Qazaxıstanın tərəddüdlərinə toxunan Z.Bjeziniski Özbəkistanın Avrasiya İttifaqında yer almadığını, Belarusun isə tərəddüdləri olduğunu bildirib: “Biz Putini yavaş-yavaş başa salırıq ki, onun planları həyata keçməyəcək. Hesab edirəm ki, biz əvvəldən hərəkətə keçməli və Ukraynaya açıq dəstəyi nümayiş etdirməli idik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol