Menu

Rusiya təcili atəşkəsə çağırır

01.09.2014, 18:08

LavrovSergey Lavrov: "Ukraynada təcili atəskəs danışıqların əsas mövzusu olmalıdır!

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

ANS-in məlumatına görə, Ukrayna və Rusiya rəsmiləri Belarus paytaxtı Minskdə separatçı döyüşçülər və beynəlxalq nəzarətçilərlə danışıqlar aparacaq. Minskdə Vasitəçi Qrupunun görüşündə ATƏT-in nümayəndələri də iştirak edəcək.

Maraqlıdır ki, Ukrayna torpaqlarına keçən Rusiyanın rəsmi nümayəndəsi belə bir fikir səsləndirib: "Ukrayna qoşunları mülki xalqa ziyan verəcək mövqeləri tərk etməlidir".

Separatçılar son günlərdə Luqansk, Donetsk və Mariupol limanı ətrafında Ukrayna torpaqlarını zəbt etməkdə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol