Şimal-qərb bölgəsində bəzi rayonlara dolu yağıb - VİDEO

Gecə saatlarında respublikanın Zaqatala və Qax rayonlarına dolu yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dolu, əsasən Zaqatala şəhərinə və Qax rayonunun bəzi kəndlərinə daha çox düşüb.

Təqribən 15 dəqiqə davam edən və təqribən qoz iriliyində yağan dolu meyvə ağaclarına və bəzi minik avtomobillərinin şüşələrinə ziyan vurub.

Şimal-qərb bölgəsində hazırda güclü külək və yağış yağmaqda davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar