Menu

Marneulidəki seçkilərin ilkin nəticələrini açıqlanıb

20.05.2019, 02:29
Marneulidəki seçkilərin ilkin nəticələrini açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda keçirilmiş icra başçısı seçkiləri ilə bağlı ilkin nəticələri açıqlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayonun 81 seçki məntəqəsinin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 79,08%-ni əldə edib.

Digər namizədlər – müxalif Vahid Milli Hərəkat Partiyasından olan Aqil Mustafayev 11,06%, müxalif “Avropalı Gürcüstan” partiyasından olan Əhməd İmamquliyev isə 7,73% səs toplayıb.

Yerdə qalan namizədlərin əldə etdiyi göstərici isə 1%-ə qədərdir.

Qeyd edək ki, Marneuli rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol