Menu

Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib - VİDEO

20.05.2019, 11:58
Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib - VİDEO

Türkiyədə məşhur iş adamının evinə basqın edilib.

“Sarar” Şirkətlər Qrupunun presidenti Cəmaləddin Sararın Eskişehir vilayətindəki evinə basqın edən 3 maskalı şəxs iş adamının və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayıb. Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürərək, qaçıblar. Evdən oğurlanan pulun məbləği və qızıl-zinət əşyalarının dəyəri müəyyənləşdirilir.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.

Qeyd edək ki, “Sarar”ın Bakıda da mağazası var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol