Menu

ABŞ İranla müharibə etmək niyyətində deyil - PENTAQON

22.05.2019, 08:27
ABŞ İranla müharibə etmək niyyətində deyil - PENTAQON

Birləşmiş Ştatlar İranla müharibə etməyi planlaşdırmır, lakin Yaxın Şərqdə öz maraqlarını müdafiə edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri vəzifələrinin icraçısı Patrik Şanahan bəyan edib.

"Söhbət müharibədən getmir. Biz müharibə etməyə hazırlaşmırıq. Məsələ bizim Yaxın Şərqdəki maraqlarımızın müdafiəsindən və missiyalarımızın həyata keçirilməsindən gedir", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol