Menu

Genişmiqyaslı təlimlər davam edir - VİDEO

22.05.2019, 13:43
Genişmiqyaslı təlimlər davam edir - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində poliqonlarda səhra şəraitində yaradılan təminat məntəqələrində fəaliyyətlər davam edir.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, müxtəlif məntəqələrdə döyüşə hazırlıq və döyüş əməliyyatları zamanı şəxsi heyətin ideoloji və mənəvi-psixoloji hazırlığı həyata keçirilir, onlara psixoloji yardım göstərilir, o cümlədən hərbi qulluqçulara beynəlxalq humanitar hüquq mövzusunda ilkin biliklər verilir.

Fəaliyyət göstərən səhra tibb məntəqəsində təcili və davamlı tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi, təxliyə və digər tibbi tədbirlər praktiki icra olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol