Menu

Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişəcək

22.05.2019, 23:28
Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişəcək

Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol