Menu

Qarabağdan olan “generallar” Paşinyanı devirmək istəyirlər

23.05.2019, 14:17
Qarabağdan olan “generallar” Paşinyanı devirmək istəyirlər

Qarabağdan olan “generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər.

“Report” xəbər verir ki, bunu “Jamanak” yazıb.

“Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan "generallar" bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin “müdafiə nazirinin keçmiş müavini” - red.) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər.

Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur - red.) da iştirak edib”, - yazıda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol