“CUPPULU XAN”IN ARAŞDIRMASI – Və bir daha “DYP mafiyası”nın məğlubedilməzliyi haqda (FOTO)

“Özünü Nuşirəvan Səfərovun adamı kimi təqdim edənlər zəng edirlər...”

Jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Dövlət Yol Polisi İdarəsində (BDYPİ) konkret şəxsin ondan 100 manat rüşvət tələb etməsi haqda açıqlamasından 10 günə yaxın vaxt keçsə də, müvafiq dövlət orqanları, o cümlədən Dövlət Yol Polisi İdarəsi hər hansı araşdırma aparmayıb.

Bu barədə baş redaktor “AzPolitika.info”-nun sorğusuna cavabında məlumat verib. Ə.Zeynallı bildirib ki, bu müddət ərzində heç kim onunla maraqlanmayıb.

Xatırladaq ki, Ə.Zeynallı özünün “Facebook” statusunda məlumat vermişdi ki, mayın 4-də avtomobili vurulub, sığorta şirkətinə təqdim etmək üçün “Forma 4” arayışı almaq üçün BDYPİ-yə gedib. Sitat: “Bakı Dövlət Yol Polisi İdarəsinin 24-cü otağında Nicat Cəlilov adlı bir adam oturdublar, kapitandır. Avtomobilim vurulub və “Forma 4” deyilən arayışı bu adamdan almalıyam. Nicat Cəlilov məni mayın 4-də, hadisə günü axşam saat 21.30-da çağırdı. Sənədi tez verməsini xahiş etdim. “100 manat versən, bir günə verə bilərəm” dedi. Çaşdım açığı. “Binəqədi DYP-də bu sənədi bir günə aldım, pul da vermədim” dedim ki, bəlkə anlaya. Anlamadı Nicat və başladı izahat verməyə. Kuryerləri varmış, onlara pul verirlərmiş… Bu minvalla Nicat Cəlilov deyilən bu dünyanı vecinə almayan adam düz 7 gün məni yollarda süründürdü. 100 manatı ala bilmədi, amma sənədi də vermədi…”

Ə.Zeynallı həmçinin yazırdı ki, Nicat Cəlilovun BDYP-nin rəisi Ramiz Zeynalovun yaxın qohumu olduğu haqda ona məlumat verilib. “Bunların arxasında ən aşağısı Ramiz Zeynalov, ondan da balacası Nuşirəvan Səfərov dayanır. Cuppulu xandır Nuşirəvan. Vətəndaşları qəbul da etmir ki, rəislik edib rüşvət yığdığı binasında nələrin baş verdiyini deyəsən. Ona görə Nicat Cəlilov adam saymır, çünki arxasında Nuşirəvan var. Ona görə də hər bir “Forma 4” arayışı üçün 100 manatı bağırda-bağırda alır vətəndaşlardan. Növbə növbənin dalınca. Soy ki soyasan vətəndaşı.

Hamının gözünün içinə baxa-baxa rüşvət yığan Nicat Cəlilov bu dili və bu cəsarəti birbaşa rəis Nuşirəvan Səfərovdan alır. Mənim bu yazım Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üçün hərəkətə keçməyə səbəb olmalıdır. Onlar Nuşirəvan Səfərovun dövlət idarəsində rahatca rüşvət almasının hesabını ondan və Nicat Səlimov kimilərdən sormalıdır”.

Bakı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə elə həmin gün Əvəz Zeynallının ittihamları ilə bağlı araşdırma aparıldığını bildirmişdi: “Məsələ ən yüksək səviyyədə diqqət mərkəzindədir. Bu gün səhər tezdən rəhbərlik ittihamlarla bağlı ciddi araşdırılma aparılması üçün göstəriş verdi. Yalnız araşdırma aparıldıqdan sonra ittihamların nə dərəcədə əsaslı olub-olmadığını demək olar. Əmin olun ki, əgər deyilənlərdə bir balaca həqiqət olsa, günahkarlar cəzalanacaq”.

"Mən olmadan bu işi necə araşdıra bilərlər?"

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, V.Əsədovun bu açıqlamasının üzərindən 10 gün keçməsinə baxmayaraq, Ə.Zeynallının rüşvət ittihamı ilə əlaqədar araşdırmanın nəticəsi barədə ictimaiyyətə hər hansı məlumat verilməyib.

Ə.Zeynallı deyir ki, Vaqif Əsədovun operativ reaksiyası onu ümidləndirib. “Vaqif Əsədovun BDYPİ-də qarşılaşdığım və yazdığım rüşvət olayı ilə bağlı açıqlamasını mən də mətbuatdan oxumuşdum. Açığı, DİN orqanlarının belə operativ reaksiyası xoşuma da gəlmişdi. Amma aradan keçən 10 gün müddətində bu araşdırmanın necə aparıldığını, hansı təhqiqatın getdiyini, hansı nəticələrin əldə olunduğunu heç bir mənbədən xəbər ala bilmədim. Mən həm BDYPİ-dən, həm də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən reaksiya gözləyirəm əslində. Çünki BDYPİ-də açıqca rüşvət yığıldığını və ağır dövləti cinayət baş verdiyini bu idarəyə də yazımla bildirmişəm. Amma təəssüf ki, heç bir açıqlama yoxdur.

İstər BDYPİ, istərsə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən mənə heç bir zəng olunmayıb, çağırış gəlməyib. Mən olmadan bu işi necə araşdıra bilərlər? Görünən odur ki, ya yenə Vaqif Əsədovun sözünə əhəmiyyət verən olmayıb, ya da rüşvət toplayan Nicat Cəlilov kimi adamlar güclü və arxalı çıxıblar. Mən Nicat deyilən rüşvəttoplayanın Ramiz Zeynalovun yaxın qohumlarından biri olduğunu eşitmişəm. Təbii ki, bu haqda da araşdırmalarım davam edir. Bu günlərdə xəbər çıxmasa bir daha BDYPİ-yə getmək və yerində yenidən araşdırma aparmaq düşüncəsindəyəm...”

Ə.Zeynallı deyir ki, şikayətilə bağlı rəsmən maraqlanan olmasa da, N.Səfərov bəzi adamları ona minnətçi salıb.

“Bu arada özünü Nuşirəvan Səfərovun adamı kimi təqdim edən bəziləri zənglər edirlər. Məncə o tip zənglərə ehtiyac yoxdur. Nuşirəvan müəllim rüşvətin qarşısını alsın - mənə yollar axtarmaqdansa...”

***

Ə.Zeynallının belə sərt ittihamları, ifşası qarşısında Nuşirəvan Səfərovun susması və əl altdan baş redaktorun üzərinə minnətçilər salması təəccüblü deyil. DYP rəisi əmindir ki, Ə.Zeynallı həqiqəti deyib – ondan açıq-aşkar rüşvət tələb ediblər. Bəs başqa cür necə olsun? Bəs BDYP-dəkı hər otağın üzərinə “yüklənmiş” günlük 5 min manatdan başlayıb (5,12,13 saylı otaqlar), aylıq 30, 50 min manatadək artan-azalan “tas” necə yığılsın? Əvəz Zeynallı jurnalistdir, ondan almaq olmaz, filankəs Həsən ağanın qohumudur, ona güzəşt et, o birisi filan nazirin katibəsinin sürücüsüdür, yola ver getsin... “Bəs kimdən alaq, necə toplayaq?” Lazım gəlsə, nicatcəlilovlar soruşa bilərlər. “Bəlkə rəisin payından kəsək?”, - kimsə böyürdən dillənə bilər. “Yox, rəisin payına dəymək olmaz, kişinin əlində vacib işləri var!”, - birisi yandan qətiyyətlə hökm edə bilər.

Yeri gəlmişkən, gəlin əyri oturaq, düz danışaq: Bu çarx hər gün fırlanmasa, Əvəz Zeynallı və onun kimi minlər, onminlər hər gün həmin yerdə nəzirdən-niyazdan verməsələr, yəni günlərin bir günü belə bir möcüzə baş versə, onda bu “cuppulu xan” aşağıda fotosunu təqdim etdiyimiz növbəti və ərazinin qanunsuz zəbt olunması, ağacların qırılması hesabına tikilən, bu yaxınlarda tikintisi bir müddət dayandırılan, daha sonra azərbaycansayağı anlaşma nəticəsində tikintisinə icazəsi verilən obyektində işləri necə başa çatdırsın? Belə çətin zamanda Ramiz Zeynalovun qohumu Nicat, vaxtilə əlində 2500 manat rüşvət tutulduqdan sonra DYP-dən uzaqlaşdırılan, lakin hamının yadından çıxdıqdan sonra xəlvətcə geri qaytarılan bacıoğlu Namiq və başqa qohum-qardaş da sinəsini önə verməsin, bəs kim versin?

[caption id="attachment_518600" align="aligncenter" width="692"]

Əvəz Zeynallı bu obyektin sahibindən tələb edir ki, rüşvətxoru cəzalandırsın...[/caption]

Hələ onu demirik ki, bu kişilərin bilib-bilmədiyimiz neçə-neçə başqa öhdəlikləri də var – milyonluq villaları tikib-təmir edib təhvil verməkdən tutmuş, hektarlarla istilikxanaları qurub-yaratmağa, restoranlar, gecə klubları açmağadək... Asandırmı bu qədər zıppıltıların öhdəsindən gəlmək?! Üstəlik də, yaş dirənib 60-a, bu gün-sabah təqaüd yoldaş qapını tıqqıldadacaq. Yəni hələ bu da var – öhdəlik çox, zaman az...

[caption id="attachment_518601" align="aligncenter" width="640"]

Bu villa artıq təhvil verilib...[/caption]

***

Bütün bu işlərin ən düşündürücü tərəfi bilirsinizmi nədir? Son 1-2 ildə ölkədə hansı proseslər gedir, necə böyük dəyişikliklər baş verir, necə qüdrətli mafiyalar ləğv olunur, hamımızın gözünün qarşısındadır. Bu dəyişikliklər nəticəsində ölkənin ən böyük qara kassalarının mövcud olduğu Gömrük Komitəsi və Vergilər Nazirliyi kimi dövlət orqanlarında qayda-qanun yaradılıb - qara kassalar, korrupsiya, rüşvət demək olar ki, ləğv olunub, şəffaflıq böyük ölçüdə təmin olunub. Milli Təhlükəsizlik Nazirliyində kök salmış kriminal banda zərərsizləşdirilib, bu orqanda korrupsiya və rüşvətin, cinayətkarlığın kökü kəsilib. Rabitə və nəqliyyat sektorlarındakı mafiyalara sarsıdıcı zərbə vurulub. Tikinti sektoruna az-çox qanun-qayda, nizam-intizam gətirilib. Sırada məhkəmə sistemidir – burda da böyük dəyişikliklər başlayıb.

Yəni bu dalğa, bu “fırtına” bu və ya digər dərəcədə bütün dövlət qurumlarını “ağuşuna alıb” - təkcə birinin “tükünü də tərpədə bilməyib”: Dövlət Yol Polisinin!

Bəlkə də yeganə orqandır ki, burda açıq bazar prinsipi bu gün də öz işindədir! Yenə də sürücülük vəsiqəsini almaq kolxoz bazarından bir kisə soğan almaq kimi bir şeydir: 1000 manatını ver, bir saatdan sonra “ölüm kağızı” sənin cibindədir. Bu “can bazarı” düz BDYP rəisi Ramiz Zeynalovun pəncərəsinin altında fəaliyyət göstərir, araşdırması yox, pəncərədən boylanması kifayətdir ki, kimin nə alıb, nə satdığını öz gözləri ilə görə bilsin. “Ölüm kağızı”, “can bazarı” ifadələrini isə təsadüfən seçmirik, nədən ki, sürücülük vəsiqəsini pulla satmaq, mahiyyətcə həmin vətəndaşa qətl törətmək üçün verilən “icazə sənədindən” başqa bir şey deyil. Yəni ki, bu adamlar 1000 manata vəsiqə yox, insan taleyi satırlar ki, bu alverin dəhşətli nəticələrini görmək üçün hər gün xəbər lentlərinə gözücü nəzər salmaq kifayət edir.

Dünyanın heç bir şəhərində Bakıda, Azərbaycanda olduğu qədər yol polisinə rast gəlmək mümkün deyil. Bir tərəfdən dövlət yüz milyonlar xərcləyərək müşahidə kameraları, radarlar, intellektual idarəetmə sistemi qurur, amma digər yandan da hər tində iki DYP maşını pusquda durub. Magistral yollar üzərində tikilmiş bütün DYP postlarında açıq dilənçilikdir. Qeydiyyat mərkəzlərində 5 manatlıq işə 50 manat tələb olunur. Texniki baxış pul tələsindən başqa bir şey deyil - baxış talonları iki-üç qat bahasına şəhərin müxtəlif nöqtələrində açıq satışda olur. DYP idarələrində açıq alver gedir və sairə.

Qısası, hələ bir neçə il əvvəl təsadüfən yazmırdıq ki, “DYP mafiyası məğlubedilməzdir!”

Zaman bu fikrin doğruluğunu artıqlamasilə sübut etdi.

Rasim ƏLİYEV

AzPolitika.info

[caption id="attachment_518603" align="aligncenter" width="640"]

Nuşirəvan xanın sarayı...[/caption]

635x100

Şərhlər

antiAbu 2019-05-24 21:47:22

Dünən məni Nuşiravanın əməkdaşları Qələbə dairəsində saxladılar və dedilər ki, sənin ödənilməmiş 124 manat 80 qəpik borcun bar və Nuşiravan cənabları göstəriş verib ki, mənim maşınımı cərimə meydançasına aparsınlar. Bu cərimələrin hamısı mart bayında yazılıb. Bunlardan mənim xəbərim yoxdur. Görünür Tural Oruc oğlu İmaniyev elə-belə adam deyilmiş və mənim maşınım vuranda dediyi sözlərin arxasını bilirmiş. Mən bu cərimələrdən 62 maqnat 80 qəpiyi ödədim. Haqqı harda tələıb edəsən? Belə yer yoxdur!

AAgahuseyn 2019-05-24 21:47:22

ARDI.Bu qanunsuz cərmələr sizi boğacaq.Bəsdir qorxun ALLAHDAN təqaüdcülərdən min fırıldaqla aldıqınız qanunsuz cərmə hesabına tikdirdiyiniz o villalar sizə qismət olmayacaq.Baxın ətrafınıza ibrət ğötürün.

AAgahuseyn 2019-05-24 21:47:22

Mənim idarə etdiyim maşına 50-azn cərmə gəlmişdi Rayon YP-i dedi Respubilka YP-ə müracət et.Respubilka YP-i idarəsində 101-otaqdan başlayıb istintaq idarəsinə qədər on otaq gəzdim hamısı deyir bizlik deyil.ALLAH BUNLARIN O VİLLALARINI XAEABA QOYSUN 180-azn TƏQAÜDƏ MÖHTAC ETSİN Bu adamlar xalqla hakimiyyət arasında narazılığı getdikcə dərinləşdirirlər. 339.1.1-lə 50-azn cərimə yazıblar.Maşını texniki baxşdan kecirəndə verdikləri birkada göstərilir-may,iyun,iyul-2019-da tex-baxşdan kecməliyəm.apreldə cərmə

Ekspert 1 2019-05-24 21:47:22

Höürmətli DİN-i Ramil Usubov, inanın ağsaqqal vaxtımda hər gün rastlaşdığım dilənciliyə görə mən xəcalət çəkirəm. Amma sizin rəhbərlik etdiyiniz qurum camaatdan hər dəqiqə sədəqə yığır.Özü də açıq aşkar.Sahil qəsəbəsi yaxınlığındakı Qaradağ postunda 3 DYP polis maşını hər gün dayanıb dilənir.Daş maşınları postun yanına çıxanda avtomatik dayanır, sürücü düşüb polis maşının içində oturan polisə əlini uzadıb "salam" verir və oturur maşına.Budur hörmətli nazir sizin polisiniz.Xalq da söyür bu diləncilərə.

aqil 2019-05-24 21:47:22

dyp o qeder azginlawmiw qurumdu ki,xaricilerden de ruwvet alib Azerbaycanin bawini yere soxurlar.

Moshu 2019-05-24 21:47:22

Statuistik rəqəmlərə malik deyiləm, lakin bir şey aydındır ki, DYP sıfırdan formalaşdırılmalıdır, ciddi struktur dəyişikliyi edilməlidir. Rusiya Federasiyasının təcrübəsinə müraciət etsək görərik bu qurumda çalışan əməkdaşları küçədən tutub gətirmirlər iş başına. Bu əməkdaşları səhv etmirəmsə Oryol şəhərində hüquq institutunda hazırlayırlar. Burada onlara hüququn əsasları ilə yanaşı fəlsəfə, məntiq, psixologiya kimi elmlərin əsasını öyrədirlər. DYP əməkdaşı vəzifəsinin icrasına başlayanda artıq hazırlıqlı, peşəkar bir mütəxəssis kimi fəaliyyət göstərməyə başlayır. Rusiya Federasiyasının yol polislərinin də işində nöqsanlar olur. Bu ölkənin ərazisini götürsək tam məsuliyyətimlə deyə bilərəm ki, bizdə olan biabırçılıq onlarda yoxdur. İnanmıram ki, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən şəxsi 1000 manat müqabilində məsuliyyətdən azad edirlər. Bizdə yol hərəkətinin təhlükəsizliyini təmin etmək əvəzinə yol hərəkətinə təhlükə yaradırlar. Ciddi təhlil aparılarsa, nəticədə Dövlət Başçısı bu qurumu ləğv edib (nümunə kimi, Nəqliyyat Nazirliyini göstərmək olar, DYP-nin bir sıra funksiyaları Bakı Nəqliyyat Agentliyinə verilib) əvəzində daha çevik, daha yüksək ixtisaslı mütəxəssislərdən ibarət formalaşmış yeni qurum yaradar. Allah köməyində olsun

Moshu 2019-05-24 21:47:22

Bəşəriyyəti laqeydlik məhv edəcəkdir. Demirəm ki, başqa məmləkətlər bizimkindən yaxşıdır, üstündür, biz pisik. Əsla bu fikirdə də deyiləm, lakin Azərbaycanımızda baş verənlərin analoqu yoxdur. Elə konkret olaraq DYP-ni götürək. İnsanlar niyə belə qeyri-səmimidirlər, yalançıdırlar. Yazıdan sitat: Vaqif Əsədov isə elə həmin gün Əvəz Zeynallının ittihamları ilə bağlı araşdırma aparıldığını bildirmişdi: “Məsələ ən yüksək səviyyədə diqqət mərkəzindədir. Bu gün səhər tezdən rəhbərlik ittihamlarla bağlı ciddi araşdırılma aparılması üçün göstəriş verdi. Yalnız araşdırma aparıldıqdan sonra ittihamların nə dərəcədə əsaslı olub-olmadığını demək olar. Əmin olun ki, əgər deyilənlərdə bir balaca həqiqət olsa, günahkarlar cəzalanacaq”. Hələ başqa əməkdaları demirəm, məgər Vaqif Əsədov hər gün Bakı şəhər DYP-də baş verən biabırçılığı görmür? Bunlar hamısı onun gözləri qarşısında baş vermir? Belə çıxır ki, Vaqif müəllim ya daltonikdir, ya da gözlərində problem var. İnsan nə qədər yalan daşıyıcısı və qeyri-səmimidir. Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi isə yalnız görüntü üçün yaradılıb. Bu məmləkətdə heç kim bu yazıq Vətənin halına yanmır Bəli, Bakı şəhər DYP-də anarxiyadır, bu orqan korrupsiya ocağıdır və bunları respublikada bilməyən yoxdur, burada işləyən əməkdaşların hərəsi bir nəfər yüksək çinli məmurun adamıdırsa (dəfələrlə bu barədə yazılar verilib) bu biabırçılıq bundan da pis davam edəcək. Hər halda bu məsələyə ölkə başçısı və ya 1-ci Vitse-Prezident qarışıb diqqət yetirməsə faciəmiz qaçılmaz olacaq. Bu orqanın yenidən formalaşmasına böyük ehtiyac var

Vasif Haciyev 2019-05-24 21:47:22

En biabirci korrupsioner bir qurumdur..arasdirmaq lazim, yiqilan cerimeler hara qedir..birde men anlamiram bunlar kimdi ki en axirinci model mersedesi alirlar xidmeti masin ucun...millet verqi verir ki bunlar mersedesda gezsin...hansi olkede bu var..

antiAbu 2019-05-24 21:47:22

Mənim maşınımı 132-134 saylı məktəbin yanında, Şeyx Şamil küçəsində küçənin ən sol zolağında uşaq düşürəndən sonra, 90 HR 019 dövlət nişanlı maşınla hərəkət edən, İmaniyev Tural adında birisi vurub və vurandan sonra maşından düşmədən mənə deyib ki, “istəyirsən polis çağır onsuz da səni günahkar çıxaracaqlar”. Mən, həmin vaxt polis rəisinin çuppulu xan olduğunu bilmirdim. Buna görə də qəzəblənib, 102-yə zəng vurdum. Bu Turalın harada işlədiyini və arxasında kimin dayandığını bilmirəm, amma nə edibsə, Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi özünü Turalın qarşısında çuppulu kimi aparır. Hətta DİN nazirinə etdiyim çoxsaylı müraciətlərimi də vecinə almır. Mənə göndərdiyi axırıncı 17.05.2019 tarixli, 046-12445/ 4M-4319 saylı məktubunu başdansovdu cavab vermənin etalonu hesab etmək olar. Bu çuppulu xan, həm də yumoristdir. Başdansovdu məktubunu mənə, mənim ad günümdə göndərib. Bu təcrübəni vətəndaşların cavablarına başdansovdu cavab verən digər orqanlarda da yaymaq lazımdır!

Vaqif 2019-05-24 21:47:22

Bu qədər kameralar olduğu halda dövlət büdcəsi hesabına 100000 manatlıq maşın alıb verirlər ki,duşun bu yazıq millətin üzərinə,qorxmayın yazın,şikayətləri bizə gələcək,bizdə sizi mükafatlandıracağıq.Bu qədər yollarda polis əəməkdaşına əməkdaşa ehtiyac yoxdur.Gedib otursunlar kameraların qabağında nəzarət etsinlər.

pensioner 2019-05-24 21:47:22

Yol polisi zabitlərinin maaşı səngərdə duran zabitlərin maaşından çoxdur!Niyə????????? Hansı xidmətlərinə görə????????

Lerikden Mehemmed Hesen emi 2019-05-24 21:47:22

Hal hazirda olkenin huquq muhafize orqanlarinda tarixinde gorsenmemiw RUWVET tuqyan edir, baxin bu gun Bakidan Lerike oz ewweyimle gelerken 10 yerde YPX saxladi ve hamsida esasiz pul almaq ucun,vermedim, Bineqedi Polisinde faktiki deleduzluq edenlerden wikayet etmiwem baxan yox,102 yoneldir Bineqediye onlarda susur,Prakurorluq ve Mehkeme polisden 11 addim irelide hadiseni wiwirtme,wantaj ve ruwvet isteme.Budur olkenin veziyeti, Cenab Prezident buna encam cekin bele olmaz, bunlar goz gore Xalqi soyur, dehwet

Moshu 2019-05-24 21:47:22

Rusiya kimi nəhəng dövlətin də yol hərəkətinin təhlükəsizliyinə məsuliyyət daşıyan, DYP-nin analoqu olan xidməti var. Həmin əməkdaşların davranışı bizimkilərin davranışından müqayisə olunmayan dərəcədə fərqlidir. Baxın görün, onlar xidmət daşıdıqları nəqliyyat vasitələri hansı gündə və vəziyyətdədir? Bizim əməkdalara verilən hər bir nəqliyyat vasitəsinin qiymətinə bir neçə Rusiya ДПС maşını almaq olar. Gəlin görək bu nəqliyyat vasitələrinə texniki xidmət nə cür göstərilir? Onlarda texniki xidməti mərkəzləşdirilmiş qaydada yüksək peşəkar ustalar xidmət göstərir. Bizdə isə yol polisi əməkdaşı hansısa yol hərəkəti qaydasını pozan sürücünü saxlayır, müəyyən olur ki, sürücü çilingər və ya mühərrik ustasıdır, vəziyyətdən çıxmaqdan ötrü yol polisi əməkdaşının idarə etdiyi nəqliyyat vasitəsinə pulsuz xidmət göstərməyi üzərinə götürür. Aydın məsələdir ki, pulsuz görülən işin keyfiyyəti nə cür olmalıdır? Təzə maşınlar 4-5 ildən sonra metallolomluq olur. yol polisi əməkdaşına təhkim olunan maşının təmiri onun ümidinə buraxılmamalıdır. Bu vəsait dövlətin vəsaitidir, bizim əmək haqqımızdan tutulan vəsaitdir. (Davamı var)

yusif 2019-05-24 21:47:22

bakiya bir qonaqim gelmisdi- seherdeki qai-lerin coxluqunu gorub sorusdu- sizde fovqalede veziyyetdir

t.ədalət 2019-05-24 21:47:22

Bu adamlar xalqla hakimiyyət arasında narazılığı getdikcə dərinləşdirirlər.Təəssüf ki bütün sahələrdə rəhbərlik edən məmurlar,artıq bu işlə məşğul olurlar.Təkcə DAM işçiləri deyil,nəzarətsizlikdən hətta ev tikən şirkətlər də piyadaların hərəkət etdiyi səkiləri tikintinin altına salıb mənimsəyirlər.Nazirlər iş yerlərini pula satırlar.Hara ayaq basırsan özbaşınalıqların üfunəti ürək bulandırır.Yazıq xalq,ona hər yerdə qapıları bağlayır,incidirlər.Allah bunu götürməz!

mamed 2019-05-24 21:47:22

Bu olkede hami bilir ki,respublika DYP da ne baw verir.

Mehdi 2019-05-24 21:47:22

Goresen nece olacaq bu islerin axiri.

yalçın 2019-05-24 21:47:22

yüz milyonluq, milyardlıq qarrupsiya faktlarına-sübutlarına illərdirki heç bir reaksiya verilmir, siz də tutubsuz ən aşağı eşelon olan qaidən-50-100 manatlıq işlərdən.nooldu hüseynqulu bağırov, nooldu oqtay əsədov, nooldu ziya mamedov, fazil mamedov vəs. işləkləri? əsas buna cavab axtarın ey..

Sürücü 2019-05-24 21:47:22

YPX OLMASA MİLLƏT BİR-BİRİNİN BELİNƏ SÜRÜB ÇIXAR.

Son yazılar