“Avropada az müstəqil dövlət var ki, biri də Azərbaycandır” - Siyavuş Novruzov

“Ermənistan özünü müstəqil dövlət elan etsə də, elə deyil. Halbuki hansısa dövlətin, onun-bunun yedəyində gedir. Bu gün Cənubi Qafqazda, eləcə də postsovet məkanında və Avropada az müstəqil dövlət var ki, biri də Azərbaycandır”.

ONA-nın məlumatına görə, bunu YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Ermənistan nə xarici, nə daxili, nə iqtisadi, nə sosial siyasətində hər hansı müstəqil addım ata bilir: “Bu səbəbdən orada keçirilən son seçkilər və ondan əvvəlki dövlərdə Ermənistanın vəziyyətinin günü- gündən ağırlaşdığı dəfələrlə proqnozlarda qeyd olunurdu. Aparılan tədqiqatlar da göstərir ki, ildə 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə, təşkilat işləmir, sosial vəziyyət acınacaqlıdır, orduda qarşıdurma var və bu, daha da dərinləşib. Eyni zamanda, siyasi rəhbərlikdə qarşıdurma var. Regionlarası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan, Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1 %-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək. Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur. Ermənistan təxminən Azərbaycanın 90-cı illərini xatırladır - kimi gəldi müxtəlif vəzifələrə təyin edirlər. Populyarlıq da cəmi bir-iki ay çəkir. Populizmlə heç bir məsələsini həll etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxudr. İlkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə, bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur.

Xarici siyasətləri də bərbad vəziyyətdədir. Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir. Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideynlər uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmir. Sual qoyurlar ki, Dağlıq Qarabaq və ətraf ərazilərdə uşaqlarımızın nə işi var?! Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”.

635x100

Şərhlər

Türkəçarə 2019-05-24 12:07:22

Sizin kimi rəsmi sözçünün düşməndən danışması hədər vaxt itgisidir. Siyasi dünyaya daha maraqlıdır ki, Azərbaycan BMT TŞ qətnaməsindən sonra belə həmin qətnamənin icrasını öz öhdəsinə götürmür və Qarabağ terrorçularını mühakimə etmir? Rəsmi işğalçı və dediyiniz iflas dövlət güclü Azərbaycanı 25 ildir əsarətdə saxlayır!? Avropa və Kreml də prioriteti milyardlar xərcləyən Bakıya yox, ona verirlər? Lütfən, on milyon nüfuzun mülkü hüquqlarını əzən bu sonsuz siyasi məramı xalqa açıqlayın.

yalçın 2019-05-24 12:07:22

əşşi yox də!!! həqqən? di get boylum...

Son yazılar