Menu

Tereza Mey iyunun 7-də istefaya gedəcək

24.05.2019, 13:39
Tereza Mey iyunun 7-də istefaya gedəcək

Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Mühafizəkar Partiyasının lideri vəzifəsindən ayrılacağını açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadla xəbər verir ki, T.Meyi belə bəyanat verməyə partiyadaşları, o cümlədən onun "Brexit" üzrə Avropa İttifaqı ilə yeni saziş təklifindən narazı qalan Nazirlər Kabineti üzvləri məcbur ediblər.

Bu isə o deməkdir ki, o, ölkənin baş naziri vəzifəsini də tərk etməlidir. Ancaq iyunun 7-də istefa verməsi ona iyun ayının əvvəlində Londona rəsmi səfər edəcək ABŞ Prezidenti Donald Trampı qəbul etməyə imkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol