Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki erməni ölüb, ikisi yaralanıb.
“Report” “Ponorama”ya istinadən xəbər verir ki, hadisə Əsgəran-Xankəndi avtomobil yolunda baş verib.
Belə ki, 1992-ci ildə anadan olmuş və adı açıqlanmayan sürücü idarə etdiyi “LEXUS LX 470” markalı avtomobillə Əsgəran sakini, 1986-cı il təvəllüdlü G.S.-ni vurub. Piyada hadisə yerində ölüb.
Hadisədən sonra avtomobil aşıb. Sürücü və 3 sərnişin yaralanıb. Yaralılardan biri - 1990-cı ildə anadan olmuş E.A. xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
İşğalçı ölkənin vətəndaşları haqqında informasiya bizim nəyimizə lazımdır?Bizim informasiya agentlikləri bizim dövlət məmurları kimi erməniyə bu qədər məhəbbət bəsləməyi haradan öyrənib?Bəlkə bu içimizdəki hansısa ermənidən qaynaqlanır?