Venesuelanın şimal-qərbində yerləşən Portuqesa ştatının Akariqua şəhərindəki həbsxanada baş vermiş qarşıdurmada azı 23 məhbus ölüb.
ONA xəbər verir ki, bu barədə “El Nacional” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, həbsxanada vəziyyətin nizamlanması üçün milli polis qüvvələri cəlb olunub. Qarşıdurmanın səbəbləri hələlik açıqlanmır.
Nəşr bildirir ki, 23 nəfərin hamısı güllə yarasından ölüb. Həmçinin azı penitensiar xidmətin 14 əməkdaşı xəsarət alıb.


Şərhlər