Menu

“Atam xəbəri eşidib kövrəldi” - Musa Yaqubun oğlu

25.05.2019, 15:43
“Atam xəbəri eşidib kövrəldi”  - Musa Yaqubun oğlu

“Musa Yaqub xəbəri eşidib sevindiyindən kövrəldi”.

ONA-nın məlumatına görə bunu Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.

O, bildirib ki, Musa Yaqub xəbəri öyrənəndə sevincdən kövrəlib: “Xəstəliyi davam edir deyə özünü bir qədər narahat hiss elədi, hazırda dincəlir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Musa Yaquba Xalq şairi adı verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol