Menu

Hakimiyyət Fərhad Əliyevin qarşısında 3 şərt qoyub - Siyasət yasağı

22.10.2013, 14:10
Hakimiyyət Fərhad Əliyevin qarşısında 3 şərt qoyub - Siyasət yasağı

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev müəyyən şərtlər daxilində azadlığa buraxılıb. Bu barədə "Azadliq"a məlumat verən mənbə bildirib ki, hakimiyyət onların qarşısına 3 şərt qoyub.

Bunlardan biri Əliyev qardaşlarının heç bir mətbuat orqanına siyasi mahiyyət daşıyan açıqlama verməmələridir. Onlar hətta həbs olunmaları barədə danışa bilməzlər. Başqa bir şərt Azərbaycandan kənara çıxmamaları ilə bağlıdır. Əliyev qardaşlarına bildirlib ki, onlar heç bir halda ölkəni tərk edə bilməzlər. Üçüncü şərt isə Əliyev qardaşlarının hansısa siyasi partiyaya qoşulmamaları və özlərinin ictimai-siyasi təşkilat yaratmamaları ilə bağlıdır.

Məlumatda o da qeyd olunur ki, Əliyev qardaşlarına bizneslə məşğul olmağa müəyyən imkanlar tanınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol