Menu

Bakıda qadını maşın vuraraq qaçıb

25.05.2019, 23:49
Bakıda qadını maşın vuraraq qaçıb

Bakının Nəsimi rayonunun 4-cü mikrorayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un məlumatına görə, 1985-ci il təvəllüdlü Həsənova Əlvanə Şövkət qızı saat 21:00 radələrində yolu keçərkən minik avtomobili tərəfindən vurulub.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Xəstə kəllə-beyin silkələnməsi diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol