Menu

Putinin blefi

02.09.2014, 18:00
Putinin blefi

ABŞ-ın Azərbaycanda keçmiş səfiri olan , indi isə Tallində Müdafiə Araşdırmaları Beynəlxalq Mərkəzinin direktoru Matthew Bryza Financial Times qəzetində yazır ki, Putin blef edir, Avropaya qazı kəsməyəcək.

Bryza yazır ki, Avropa Rusiya qazından doğrudan da çox asılıdır, Rusiya bundan istifadə edib, Avropaya qışda qazı kəsməklə hədələyir, ancaq Avropanın Rusiya qazından asılılığı azaltmaq imkanları da var.

Bryza Avropa Birliyi ölkələrində bütün qaz anbarlarını indidən doldurmağı, maye qaz almağı və bütün bunlar üçün maliyyə resursları yaratmağı təklif edir.

Bryzanın gəldiyi nəticə budur ki, Avropa Rusiya qazı olmadan da ötüşə bilər, Rusiya qazı kəsmək hədəsini əslində reallaşdıra bilməz. Putin belə hədələməklə blef edir. Bryza yazır ki, buna görə Avropa liderləri öz aralarındakı mübahisəyə son qoyub, Rusiyanın Ukraynadakı hərəkətlərinin qabağını alsınlar.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol