Menu

Gürcü dindarlar Azərbaycana gedən yolu bağlayıblar - "Keşikçi Dağ" məsələsinə görə

26.05.2019, 19:16
Gürcü dindarlar  Azərbaycana gedən yolu bağlayıblar - "Keşikçi Dağ" məsələsinə görə

Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.

Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya “David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi – red.) Gürcüstanındır” şüarı ilə keçirilib.

İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar.

Şərhlər

t.ədalət 2019-05-26 19:16:21

Söhbət var ki,guya Keşikçi Dağı Məbəd-Kompleksinin yerləşdiyi ərazidə yerin altında böyük xəzinə yerləşir.Ola bilsin ki,gürcü milətçiləri buna görə axmaq iddialarını ortaya atıblar."Pələng dərisi geymiş pəhlivan" əsərini bizdən çırpışdırdıqları kimi bu məbədi də ələ keçirmək istəyirlər.Sadəcə,ermənilik edirlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol