Menu

Əli Laricani yenidən İran parlamentinin sədri seçildi

26.05.2019, 22:03
Əli Laricani yenidən İran parlamentinin sədri seçildi

Əli Laricani yenidən İran parlamentinin sədri seçilib. İran parlamenti sədrinin müəyyənləşməsi üçün keçirilən seçkilərdə Əli Laricani 155 səs toplayıb. Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs yığıb.

Ümumilikdə səsvermədə 274 deputat iştirak edib.

Qeyd edək ki, İran parlamentində hər il parlament sədrinin müəyyənləşməsi üçün seçkilər keçirilir.

Onu da qeyd edək ki, Əli Ərdaşir Laricani 2008-ci ildən İran parlamentinin sədridir. O, İranın ali dini lideri Ayətulla Xameneinin Milli Təhlükəsizlik üzrə İran Ali Şurasındakı nümayəndəsi, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh şəxs olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol