Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
BakuPost.az-ın məlumatına görə, icra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavin Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.
Bu vəzifəyə Səbail rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Yaqub Nəcəfli təyin olunub.
Qeyd edək ki, Xalidə Bayramovanın adı intihar edən Bakının 162 saylı məktəbinin şagirdi 14 yaşlı Elina Hacıyevanın ölümündə hallanırdı.


Şərhlər
Xalidə Bayramova həbs olunmalıdır!, məsum qızcığazın qanı yerdə qalmalı deyil, əgər ədalət varsa.
Bu "dəhşətli" xəbəri eşidəndən sonra X.Bayramova həyatdan küsəcək, depressiyaya düşəcək. Bu olmasın deyə, məktəbin Psixoloqunu Xalidəyə psixoloji yardım üçün icra hakimiyyətinə ezam etmək lazimdır ! Yoxsa özünə bir şey edər.
Yeqin ki xanim Bayramovanin videooperator fealiyyeti bawcini qane etmeyib ona gore de onu iwden azad edib
BUNLAR UCUN QANUN YOXDUR.O,...HEBS OLUNMALIDIR.YAPCILAR,QOPCULAR PARTIYASININ BERK GEDEN...ELINANIN IWI NEZARETDEDI...
Yazılanlardan və şahidlərin ifadələrindən görünürdü ki,Xalidə can verən körpə qızın qollarına taxılmış tibbi vasitələri çıxarıb tullayıb kənara.Körpənin ölümünün əsas səbəbkarlarından biri olub.Onu ictimai vəzifələrinin birindən ayırmaq aldadıcı tənbehdir.Bu qadın..ictimai vəzifədən ayırmaq yox, həbs etmək lazımdır.
Vay-vay!Gördünüz.ədalət zəfər çaldi.Görün nə ağir cəza verdilər.Siz də deyirsiz heç nə etmirlər