Menu

"Çelsi" Avropa Liqasının finalı üçün Bakıya yola düşüb

27.05.2019, 19:14
"Çelsi" Avropa Liqasının finalı üçün Bakıya yola düşüb

İngiltərənin "Çelsi" komandası UEFA Avropa Liqasının final oyunu üçün Bakıya yola düşüb.

"Report" xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

"Zadəganlar"ın heyətində zədə səbəbindən finalda oynamayacağı dəqiqləşən Antonio Rüdiger də kollektivlə səfərə çıxan oyunçular arasındadır.

Digər finalçı "Arsenal" isə mayın 25-də Bakıya gəlib.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol