Menu

"Real Madrid"in kapitanı Çin klubuna keçmək üçün müqaviləsinin ləğvini istəyib

27.05.2019, 21:58
"Real Madrid"in kapitanı Çin klubuna keçmək üçün müqaviləsinin ləğvini istəyib

İspaniyanın "Real Madrid" komandasının kapitanı Serxio Ramos karyerasını Çində davam etdirməyi planlaşdırır.

"Report" AS nəşrinə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu bunun üçün Madrid təmsilçisinin prezidenti Florentino Pereslə görüşüb.

İspaniyalı müdafiəçi müqaviləsinin ləğvini və Çin komandalarından birinə keçməyi istəyib.

Daha öncə təcrübəli oyunçunun "kral klubu"nda qalmaq istəmədiyi bildirilib.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Real Madrid"də çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol