Menu

ABŞ Gürcüstanla Azərbaycan sərhədinin demarkasiyasına ümidvardır

28.05.2019, 11:20
ABŞ Gürcüstanla Azərbaycan sərhədinin demarkasiyasına ümidvardır

“Gürcüstan-Azərbaycan dövlət sərhədinin demarkasiyası məsələsində ikitərəfli komissiya çalışır, gözəl nəticələr əldə olunacağına ümidvarıq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfirinin müavini Elizabet Rud jurnalistlərə bildirib.

“Mən bilən bu məsələ Gürcüstanla Azərbaycan arasında çoxdandır gündəmdədir. Demarkasiya məsələsinə dair ikitərəfli komissiya işləyir, onlar həqiqətən də səy göstərirlər. Yaxşı nəticələr əldə ediləcəyinə inanırıq”, - deyə amerikalı diplomat vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol