Menu

Minsk qrupunun həmsədrləri Xankəndində - Separatçılarla görüşüblər

29.05.2019, 11:22
Minsk qrupunun həmsədrləri Xankəndində - Separatçılarla görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəliblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Xankəndində separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.

Xatırladaq ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Həmsədrlər Bakıya da gələcəklər.

Şərhlər

Azərbaycan vətəndaşı 2019-05-29 11:22:51

Bilmək istəyirəm ki,bu həmsədirlər beynəlxalq hüqüq normalarına uyğun olaraq,Azərbaycanın razılığı ilə DQ səfər ediblər,yoxsa yox.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol