Menu

Türkiyə və ABŞ prezidentləri “S-400” məsələsini müzakirə ediblər

29.05.2019, 21:25
Türkiyə və ABŞ prezidentləri “S-400” məsələsini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

“Report” “Takvim”ə istinadla xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlar əsnasında R.T.Ərdoğan Rusiyadan almaq niyyətində olduqları “S-400” raket sistemlərilə bağlı ortaq işçi qrupu yaratmaq təklifini təkrar irəli sürüb.

Həmçinin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altuna görə, tərəflər Yaponiyada keçiriləcək G-20 zirvə görüşündə də təkrar görüşmək barədə razılaşıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol