Menu

«Türkiyənin Avropa İttifaqına qəbulu məsələsi dalana dirənib» - Avropa Komissiyası

30.05.2019, 09:06
«Türkiyənin Avropa İttifaqına qəbulu məsələsi dalana dirənib»  - Avropa Komissiyası

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyası (AK) genişlənmə və namizəd ölkələrlə danışıqların vəziyyəti barədə illik hesabatını dərc edib.

Hesabatda Türkiyəyə xüsusi yer ayrılıb. Brüsselin fikrincə, «Türkiyə Avropadan aralanmaqda davam edir və hüququn aliliyi məsələsində baza prinsiplərini ciddi şəkildə pozur».

Qeyd olunur ki, Ankara ilə danışıqlar faktiki olaraq, dalana dirənsə də Türkiyə miqrasiya və qaçqınların dəstəklənməsi məsələlərində Avropa İttifaqı ilə açar həmkar olaraq qalır.

«Türkiyə Avropa İttifaqının açar həmkarıdır və namizəd ölkədir. Qarşılıqlı maraq doğuran vacib sahələr üzrə dialoq və əməkdaşlıq, həm də ən yüksək səviyyədə əməkdaşlıq davam edir» - sənəddə belə deyilir.

İndiki halda Brüssel Türkiyənin Aİ-a inteqrasiyası üzrə danışıqlarda yeni abzasın açılmasını istisna edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol