Menu

"Sənədləri saxta olan tələbələr var" - Nazirlik

30.05.2019, 13:11
"Sənədləri saxta olan tələbələr var" - Nazirlik

"Son illərdə xarici aparıcı ali təhsil müəssisələrində təhsil alan gənclərin sayı artmaqdadır".

ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli deyib.

O bildirib ki, xaricdə təhsil sahəsində sui-istifadə halları mövcuddur: "Biz bu sahədə bərabərliyi və ədalətli rəqabəti dəstəkləməliyik. Ölkədən çıxmadan həkimlik dərəcəsi almaq istəyənlər, 4 il təhsil aldığı ölkənin dilini bilməyənlər, sənədləri saxta olan tələbələr var".

H. Həsənli bu məsələdə valideynləri və tələbələri diqqətli olmağa çağırıb: "Tələbələr xaricdə təhsil aldıqları ali məktəblərin diplomlarının həmin ölkədə tanınıb-tanınmamasına diqqət yetirməlidirlər".

Şərhlər

Təhsil nazirliyinə 2019-05-30 13:11:06

Saxta diplomlu,savadsiz mütəxəsis istəmirsinizsə,onda zəhmət çəkin xaricdən gələn diplomların tanınması üçün DİM imtahan təşkil etsin.Onda görəcəksiniz "da ilə neti" qanmayan bu rus dilinde oxuyanlar necə diplom alıblar.

vətəndaş 2019-05-30 13:11:06

Bunun da günahkarı TN-dir.Burda 100 balı bele keçməyənlər Gürcüstan,Rusiya,Ukraynadan həkim,hüqüqşünas,müəllim,iqtisadçı diplomu gətirəndə və TN-yi də rüşvət hesabına onu tanıyanda belə olar.Bu dəqiqə hər tində diş həkimliyi açılıb,nəyin hesabına TN-nə,SN-nə verilən rüşvət hesabına.valideynə nə lazımdır,tupoy evladının diplomu olsun və işləsin.Ona görə bu na TN-yi son qoymalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol