Menu

Putin və Poroşenko razılığa gəldilər - ATƏŞKƏS

03.09.2014, 13:36
Putin və Poroşenko razılığa gəldilər - ATƏŞKƏS

Ukrayna və Rusiya prezidentləri Petro Poroşenko və Vladimir Putin arasındakı telefon danışığında Donbass regionunda daimi atəşkəsə nail olunması barədə müzakirə aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada bildirilib ki, müzakirə nəticəsində tərəflər Donbassda daimi atəşkəs barədə razılığa gəliblər. Sülhün bərqərar olmasına kömək edəcək addımlarla bağlı qarşılıqlı anlayış əldə edilib.

Xatırladaq ki, bu gün Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub.

* * *

Vladimir Putinin mətbuat katibi yayılan xəbərləri təkzib edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Donetsk və Luqansk vilayətlərində daimi atəşkəsin elan edilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

ANS-in məlumatına görə, Ukrayna prezidentinin mətbuat katibi yaydığı bəyanatda səhvə yol verib.

“Vladimir Putin və Pyotr Poroşenkonun telefon danışığından sonra Ukrayna prezidentinin mətbuat katibiliyi bəyanat yaydı ki, tərəflər Donbassda daimi atəşkəsin elan edilməsi ilə bağlı razılığa gəliblər. Halbuki prezidentlər bölgədə sadəcə atəşkəs razılığının əldə olunması ilə bağlı atılacaq addımları müzakirə ediblər. Rusiya münaqişə tərəfi deyil ki, atəşkəs rejimi elan etsin”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Ukrayna prezidentinin mətbuat katibliyi Putin və Poroşenkonun telefon danışığından sonra verdiyi bəyanata düzəliş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol