Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) ONA-ya verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.
Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.
İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.


Şərhlər
Ayı görmədən fətvaya qulaq asıb mayın 6-da ramazan niyyəti ilə oruc tutduq. Sonra da məlum oldu k,ay 6-da görunub və deməli ramazan 7-dən başlayırmış.Beləliklə,ramazan niyyətilə mayın 6-da tutdugumuz oruc,islam qanunlarına görə haram sayıldı.İndi də, ayı görmədən necə hökm etmək olar ki, iyunun 5-i bayramdır, hələ bayram namazlarının saatını da açıqlayırlar.İyunun 4-də ay görunməzsə,bayram 6 iyundur.