“Hələ 2004-cü ildə Rusiyanın Ermənistanın forpostu olduğu bəyan edilib. Ermənistan rəhbərliyi özü də qəbul edir ki, o, müstəqil dövlət deyil, forpostdur. Ermənistan özü nədir ki, regionda təhdid yaratsın. 1999-cu ildə Ermənistan rəhbərliyinin parlamentdə publik edam olunması Ermənistan siyasi elitasının daim yaddaşındadır. Onlar siyasi mövcudluqlarını qorumaq, simalarıı itirməmək üçün Azərbaycanla danışıqlarda iştirak edirlər. Ona görə bir daha qeyd edirəm, Ermənistan region üçün heç bir təhdid yaratmır. Buna görə də Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Ermənistanın regional təhdidi” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
O, bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatından çıxmalıdır: “Azərbaycan özünə müttəfiqlər tapmalı və mövcud müttəqiləri ilə əlaqələri gücləndirməlidir. Azərbaycan təcili olaraq peşəkar ordu qurmaq barədə düşünməlidir. Ermənistana danışıqlarla bağlı konkret vaxt verilməlidir. Əgər belə bir vaxt verilməsə, danışıqlar sonsuzadək uzanacaq”.(Axar.az)


Şərhlər
AY QÜDRƏT BƏY BİZİ RUSİYAYA CALAMAQ ÜCÜN NƏ CANİFƏŞANLIQ EDİRSƏN.AZƏRBAYCANIN BÜTÜN BƏLALARININ SƏBƏBKARI RUSIYADIR.AZƏRBAYCAN TORPAĞINDA ERMƏNİ DÖVLƏTİNİ QURAN,DÜNYANIN HƏR YERİNDƏN ERMƏNİLƏRİ BU TORPAQLARA CÖKÜRƏN AZƏRBAYCAN TÜRKLƏRİNİ,ERMƏNİSTAN ADLANAN TORPAQLARDAN DƏFƏLƏRLƏ DEPORTASİYA EDƏN,20 YANVAR,XOCALI QƏTLİYAMINI TÖRƏDƏN,QARABAĞI İŞĞAL EDİB ERMƏNİYƏ VERƏN RUSİYADIR...MİLLƏT ÖZ DOST DÜŞMƏNİNİ YAXŞI TANIYIR. RUSİYADAN BİZƏ HEC VAXT XEYİR GƏLMƏYİB,GƏMƏYƏCƏKDİR.RUS DİLİ YENƏ DƏ AZ.DİLİN SIXIŞDIRIR..
Bu Qüdrətin deyəsən danışmağa sözü qalmayıb.O hələ bilmir ki,Qarabağ məsələsi Rusiyadan asılı deyil.Qarabağ məsələsinin həlli ilk öncə özümüzdən asılıdır və onun yolllarını bilənlər çoxdur.
ATƏT həmsədrlərinin ölkəmizi ziyarət etdikləri gündə cəbhənin Ağdam istiqamətində Azərbaycan əsgəri qarşı tərəfdən açılan snayper atəşi ilə şəhid edilmişdir. Həmsədrlərdən münaqişə tərəfi olan Ermənistanın baş nazirinin oğlunun Azərbaycan ərazisində hərbi qulluq keçməyi ilə bağlı ATƏT-in rəsmi mövqeyi soruşulmalıdır. Şəhid olan əsgərimizin Ermənistanın baş nazirinin oğlu tərəfindən şəhid edilmədiyi nə məlumdur ? Danışıqlar tərəfi Rusiyadır birmənalı olaraq.
Hələ 2004-cü ildə Rusiyanın Ermənistanın forpostu olduğu bəyan edilib cümləsi çox güman ki, texniki xətadır Qüdrət bəyin belə bir fikir səsləndirməyəcəyi hərkəsə məlumdur. Hər bir kiçik səhvin maraqlı şəxslər və ya qruplar tərəfindən fərqli məcralara yönəldildiyi gərgin mühitdə sayt rəhbərliyinin daha diqqətli olmağının vacibliyini vurğulamaq istəyirəm.