Millət vəkili Fəzail Ağamalı keçmiş müavini və həmkarı Zahid Orucun bu gün parlamentin iclasında yanında oturmamasına münasibət bildirib. Fəzail Ağamalı Hafta.az-a açıqlamasında dedi ki, Z.Oruc onun yanında otura bilərdi: “Bu, texniki məsələdir. Mən bunu normal qarşıladım. Yanımda da otura bilərdi, başqa yerdə də. Hətta oturmaya da bilərdi, ayaqüstə dura bilərdi. Hər kəsin öz seçimi var. Parlamentdə istənilən millət vəkili öz yerini dəyişə bilər. Bu barədə heç kimə məhdudiyyətlər yoxdur”.
F.Ağamalı keçmiş müavini ilə yenidən əməkdaşlıq imkanları haqda danışmaq istəmədi: “Münasibət bildirmək istəmirəm. Bu məsələ dünəndə qaldı və yenidən gündəmə gətirilməsini arzulamıram”.
Qeyd edək ki, Zahid Oruc prezidentliyə namizəd olandan sonra Fəzail Ağamalı onu müavinliyindən çıxarmışdı.


Şərhlər