Menu

“Harri Potter”in müəllifi dörd yeni kitab çıxaracaq

31.05.2019, 00:10
“Harri Potter”in müəllifi dörd yeni kitab çıxaracaq

Britaniyalı yazıçı Coan Roulinq sehrbazlıq dünyasının zəngin tarixinə aid dörd yeni kitab çıxaracaq.

“Harri Potter – Sehrin tarixi” kitabından təsirlənərək yazılan yeni əsərləri gələn aydan elektron variantda əldə etmək mümkün olacaq. Kitaba yazıçı tərəfindən qeydlər, əlyazmalardan parçalar və sehrin tarixinə aid qəhrəmanların şəkilləri daxildir.

Qeyd edək ki, Coan Roulinqin Harri Potter seriyası dünyanın 65-dən çox dilinə tərcümə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol