Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu zamanı azarkeşlərin əksəriyyəti metro nəqliyyatı ilə daşınıb.
Bu barədə Trend-ə özəl açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, final oyunu günü - mayın 29-da metro stansiyaları ilə adi günlərdən fərqli olaraq 162 min nəfərə yaxın çox sərnişin daşınıb: "Adi günlərdə metro nəqliyyatı ilə gün ərzində orta hesabla 600 min nəfərdən artıq sərnişin daşındığı halda, mayın 29-u axşam saat 00:00-a qədər 761 min 717 sərnişin daşınıb.
Mayın 30-u gecə saat 00:00-dan gecə saat 04:00-a kimi isə metro stansiyaları 43 min 529 nəfər sərnişin qəbul edərək mənzil başına çatdırıb. Eyni vaxtda isə təkcə "Koroğlu" stansiyasından 23 min 108 nəfər sərnişin istifadə edib".


Şərhlər
MALADES,BUTUN STADIYONU DAWIMISINIZ...BU BOYUK UQURDU...YEQIN SERNIWENLERIN 40,000 XARICI VETENDAW OLUF. XAHIW EDIREM ACIQLAYIN,UREYIMIZ DAQA DONSUN...O GUN OLSUN QARABAQA METRO ILE GEDEK,BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN REHBERLIYI ALTINDA...URA TOVARIWI...SURRREKLI ALQIWLAR