Menu

“Belə büdcəni necə sosial büdcə adlandırmaq olar?” - Qüdrət Həsənquliyev

31.05.2019, 13:58
“Belə büdcəni necə sosial büdcə adlandırmaq olar?” - Qüdrət Həsənquliyev

“Keçən il tikintiyə büdcədən 8 milyard 100 milyon manat, təhsilə 2 milyard manat, səhiyyəyə 700 milyon manat civarında, sosial təminata 1 milyard 300 milyon manat xərclənib”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Deputat deyib ki, təhsil, səhiyyəyə, elm və sosial təminata yönəldilən xərclər tikintiyə ayrılan xərclərin 50 faizini belə təşkil etmir: “Belə büdcəni necə sosial büdcə adlandırmaq olar?”

Vitse-spiker Bahar Muradova həssas qruplar üçün binalar tikildiyini, yollar çəkildiyini, yaşıllıqlar salındığını xatırladıb: “Yalnız tikintiyə ayrılan vəsaiti nəzərdə tutaraq, büdcənin sosial büdcə olmadığını demək düzgün deyil. Tikinti sahəsində də insanlar çalışır, əmək haqqı alırlar”.

Deputat Azay Quliyev deyib ki, bu gün sosial şəbəkələrdə ehtiyat fondları ilə bağlı məsələni fərqli yöndə müzakirəyə çıxarıblar: “Büdcə bir kənarda qalb, ehtiyat fondlarını müzakirə edirlər. Ehtiyat fondlarından müdafiə xərclərinə kifayət qədər vəsait yönəldilib”.

A.Quliyev mənzil-istismar idarələrinin özəlləşdirilməsinin müzakirəyə çıxarılmalı olduğunu bildirib: “Təkcə mənim depupat olduğum rayonda binalarda yüzlərlə işləməyən lift var”.

Şərhlər

Bir seçici 2019-05-31 13:58:46

11 illik ortadan geriyə 9 illik icbari təhsilə keçəndə səs çıxmadı. 25 il bir neçə terrorçu ilə hüquqi-diplomat danışığı apara bilən yoxdur, hələ bir xalqa "çobanlığı" təlqin edirik. İndiyəcən ən iri Sosial məbləğ işğalçı daşnaqlara geniş ərazilərlə, Avropalı tərəfdarlarına yanacaqla və daxili özəl bölüşməylə icra edilib? Büdcə Müdafiə xərcini tam ayırmayıb və onu ehtiyat fonda asıb? Belə yanaşmaya görə neçə SSRİ rəhbəri vəzifəsindən olub?

azər 2019-05-31 13:58:46

Hörmətil Qüdrət müəııim.XAHİŞ EDİRİK LƏNKƏRANIN liman şəhərinin bir hissəsinə qaz çəkilməsinə köməklik edəsiniz

VƏTƏNDAŞ 2019-05-31 13:58:46

minimum əmək haqqi ən azı 300 manat olmalıdir DOLANMAQ OLMUR AY MİLLƏT VƏKİLLƏRİ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol