Menu

“Yazılanar həqiqəti əks etdirmir” - Türkiyə XİN-dən “S-400” açıqlaması

31.05.2019, 14:22
“Yazılanar həqiqəti əks etdirmir” - Türkiyə XİN-dən “S-400” açıqlaması

“Son günlər bəzi media orqanlarında ABŞ-ın tələbi ilə Türkiyənin Rusiyadan aldığı “S-400” müdafiə sisteminin tədarükünün ləngitməsi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə Xarici İşləri Nazirliyinin mətbuat katibi Hami Aksoy açıqlama verib.

Bildirib ki, “S-400”ün tədarükü ilə bağlı proses planlaşdırıldığı vaxt üzrə davam edir: “Digər tərəfdən, “S-400” sisteminin “F-35”ə hər hansı zərər verə biləcəyilə bağlı ABŞ-la ortaq işçi qrupunun yaradılması təklifimiz hələ də qüvvədədir”.

Şərhlər

Türk 2019-05-31 14:22:59

Yaşa doğma Türkiyə.Əyilmə bu şeytan yuvası ABŞ-a və onu idarə edənlərə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol