Menu

Türkmənbaşı Medvedevin arxasınca öz “Volqa”sı ilə gəldi - FOTO

31.05.2019, 14:31
Türkmənbaşı Medvedevin arxasınca öz “Volqa”sı ilə gəldi - FOTO

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiyanın Baş naziri Dmitri Medvedevin arxasınca otelə “QAZ-21 Volqa” avtomobili ilə gələrək, onu Aşqabadda gəzintiyə çıxarıb.

TASS-ın məlumatına görə, qısa gəzintidən sonra siyasətçilər Prezident malikanəsinə gəliblər. Burada tərəflər arasında işgüzar səhər yeməyi baş tutub.

Qeyd edək ki, Medvedev mayın 30-da Türkmənistana səfər edib. Baş nazir burada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.

Şərhlər

Türk 2019-05-31 14:31:47

Necə də gözəl günlər idi.QAZ-21 dünyanın 76 ölkəsinə ixrac olunub.İlk dəfə dünyada Avtomat ötürücü qutu(korobka) QAZ-21 Volqaya qoyulub.QAZ-21 VOLQANIN gözəlliyinə söz ola bilməz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol