"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayır".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, sosial paketin növbəti mərhələsi hazırlanmaqdadır: "Həm əməkhaqları, həm də pensiyalar ilə bağlı yeni təkliflərimiz olacaq. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, gəlirlər artıqca, ölkə başçısının əsas niyyəti bu gəlirin ilk növbədə əhalinin sosial müdafiəsinə yönəldilməsidir. Buna görə də Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarımızla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayıb. Yaxın günlərdə biz bu təklifləri ölkə başçısına təqdim edəcəyik".


Şərhlər
BNu nazirin .... Onun Azərbaycana sədaqətli olacağına inanmaq çətindir.
Biri vardı,bir yoxdur.Bir ƏƏSM naziri vardı.O vəzifəyə təyin olunandan sonra dövlət qulluqcularının büdcədənkənar fondan olan pensiya hissəsini azaltmaqla böyük qəhrəmanlıq etdi.Pensiyaya cıxan şəxslər bu qəhrəmanlıq nəticəsində 30 illik əziyyətlərini o nazirə qəhrəmanlığına görə mükafat verdi.Mükafat o qədər cox oldu ki,nazırın atı dözməyib yolda öldü.Xoşbəxt pensiyacılar yığılıb o atı basdırdı.
Göydən üç alma düşdü,hər üçü nağıl danışana düşdü.
hörmətli nazir sıravi vətəndaşlarin və pensiyaçıların da fikirlərini öyrənmək və ictimaiyyət arasında müzakirə açmaq olar bu təklifləri
pensiya sistemində dəyişikliklərə ehtiyac var.imkan vermək lazımdir ki insanlar pensiyaya tez də çixa bilsinlər məs əkər insan 40 il staji varsa 64 və 63 yaşinda da pensiyaya çixa bilsin 100 əmsalı da tətbiq oluna bilər yəni tutaq ki şəxsin 40 il staji varsa o 60 yaşinda pensiyaya çixa bilsin bu daha humanist və ədalətlı ola bilər
BU TƏKLİFLƏRİ verəndə sadə camaatin da təkliflərini dinləyin də .GƏLƏN İL 2 FAİZ DƏ tibbi sığorta vergisi olacaq.GƏLİR VERGİSİNİN ədalətiı olması üçün 500-600 manat maaşa vergi 5 faizə .700-800 manata qədər maaşa 6 faiz 800-1000 manata qədər vergi 7 faizə .1000 manatdan1500 manata qədər 10 faizə vəs endirilsə daha humanisi olmazı ?
heç olmasa 500-600 manat maaş alanlar üçün gəlir vergisi 14 faizdən 5-6 faizə salınmalıdır.bu maaş heç nəyə çatmır.NİYƏ BUNU BAŞA DÜŞMƏK İSTƏMİRSİZ?
Sahil Babayev -siz əlil pensiyaçıların sayını avropa ölkələri ilə müqayisə edirsiz buna görə də sizdən xalqımız üçün yaxşı heçbir qərar gözləmirəm
Hal- hazırkı qanunla 25 il iş stajı olmayan vətəndaşlara 67 yaşına qədər pensiya verməkdən imtina olunur.Nəzərə alınsa ki, ölkədə heç milyonlarla gənclər iş tapa bilmir,nəinki ahıl vətəndaşlar, bu o deməkdir hökumət öz sosial öhdəliklərindən imtina edir,insanları zulmə, məşəqqətlərə tərk edir.Səhiyyənin yarıtmaz fəaliyyəti umid vermir ki, insanlar 67 il yaşasın və nə isə pensiya ala bilsin.