Yunanıstan parlamenti Osmanlı İmperiyasında yunanların, ermənilərin, assuriyalıların “soyqırımını” danmağa görə həbs də daxil, cəza nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. Musavat.com-un Türkiyə informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, ksenofobiya ilə mübarizə haqda qanuna müvafiq maddə ölkənin ədliyyə naziri Xralambos Afanassiu tərəfindən də təklif olunub.
Layihənin yekun variantına görə, “genosidi” danmaq cinayət hesab ediləcək. 4 günlük müzakirələrdən sonra sənəd cümə günü səsverməyə çıxarılmalıdır. 101 deputatdan 51-i qanun layihəsinə səs versə, o, qəbul edilmiş sayılacaq.
Yada salaq ki, iki il öncə Fransa parlamenti oxşar qanun qəbul eləmiş, lakin Türkiyənin güclü təzyiqləri altında Fransa Ali Konstitusiya Şurası onu ləğv eləmişdi.
Yunanıstan saxta erməni “soyqırımı”nı 1996-ci ildə rəsmən tanıyıb.


Şərhlər