Menu

Türkiyə SQ İraqın şimalında 27 terrorçunu zərərsizləşdirib

02.06.2019, 14:25
Türkiyə SQ İraqın şimalında 27 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Kərkük rayonunda daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

Trend-in Terkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 27-yə çatıb.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol