Menu

"Sarı jiletlilər"in növbəti aksiyasında az sayda insan iştirak edib

02.06.2019, 18:03
"Sarı jiletlilər"in növbəti aksiyasında az sayda insan iştirak edib

Fransada "sarı jiletlər" hərəkatının ötən gün keçirilən növbəti aksiyasında təxminən 9,5 min insan iştirak edib.

Trend-in "BFMTV" telekanalına istinadla verdiyi məlumata görə, ölkənin paytaxtında aksiyada təxminən 1,5 min insan iştirak edib.

Ötən həftə keçirilən aksiyaya ölkə üzrə 12,5 min, paytaxtda isə 2,1 min etirazçı qoşulmuşdu.

Təşkilatçıların sözlərinə görə, isə Fransa üzrə aksiyalara 23,6 min insan qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol