Menu

Londonda kişi əlində çəkic məscidə soxulub!

03.06.2019, 17:53
Londonda kişi əlində çəkic məscidə soxulub!

«AzPolittika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya paytaxtındakı məscidlərdən birinə əli çəkicli kişinin hücumunun qarşısı alınıb.

London polisinin məlumatına görə, insident bazar ertəsi yerli vaxtla saat 04:33 (Bakı vaxtı ilə saat 07:33-də) Sauthollda baş verib.

Hücum edən şəxs ibadətə gələnlər tərəfindən saxlanıb və heç kimə zərər vurmağa imkan tapmayıb. Onu çağırışa gələn polislərə təhvil veriblər.

Hal-hazırda 38 yaşlı cinayətkar Londonun qərbindəki polis şöbəsində nəzarət altındadır. Onu ağır bədən xəsarəti yetirməyə cəhddə günahlandırırlar.

İlkin məlumata görə, hücumun səbəbi şəxsi münaqişə ola bilər. Hadisəni terrorla əlaqələndirmirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol