Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend-in məlumatına görə, iyunun 3-də qızılın qiyməti mayın 31-i ilə müqayisədə 33,8385 manat artaraq 1 unsiya üçün 2231,3775 manat təşkil edib.
Gümüş 0,1982 manat bahalaşaraq 1 unsiya üçün 24,8961 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 12,325 manat artaraq 1362,635 manat, palladiumun qiyməti isə 39,44 manat azalaraq 2287,5285 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.


Şərhlər