Menu

“Bu təyyarəni ya Ukrayna, ya da ABŞ vurub” - “Hollandiya rəhbərliyi ABŞ-ın itidir…”

04.06.2019, 08:20
“Bu təyyarəni ya Ukrayna, ya da ABŞ vurub” - “Hollandiya rəhbərliyi ABŞ-ın itidir…”

Amerikanın «Zero Hedge» nəşri bu yaxınlarda dərc etdiyi materiallardan birini Malayziyanın Baş naziri Mahathir Mohəmmədin sözlərinə həsr edib. Baş nazir 2014-cü ildə Ukrayna səmasında “Boeing” təyyarəsinin vurulmasına həsr olunmuş rəsmi təhqiqatı tənqid atəşinə tutub. «Polit Rossiya» nəşri həmin məqalənin tərcüməsini dərc edib.

«Zero Hedge»-nin şərhçiləri diqqəti ona yönəldiblər ki, bir müddət əvvəl Malayziyanın Baş naziri Mahathir Mohəmməd MN-17 avialayneri ilə baş vermiş faciəni araşdıran holland müstəntiqlərin fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, müstəntiqlərin fəaliyyəti həddindən artıq siyasiləşib. Belə təsəvvür yaranır ki, onlar faciənin baş vermə səbəblərini müəyyən etmək əvəzinə, bütün məsuliyyəti Rusiyanın üzərinə yükləməyə cəhd göstərirlər.

Amerikalı jurnalistlər qeyd ediblər ki, dünya KİV-ləri Malayziya Baş nazirinin sözlərini gizlədilməsi mümkün olmayan təəccüblə qarşılayıb. Xüsusilə də Avstraliyanın «ABC News» informasiya agentliyi xəbər verib ki, malayziyalı siyasətçinin çıxışı bütün dünyanı «şok»a salıb, belə ki, Baş nazir bu faciə ilə bağlı bütün rəsmi nəticələri şübhə altına almış olub.

«Qeyd etmək lazımdır ki, lap əvvəlindən başlayaraq, bu faciə barədə Rusiyanın mövqeyi Mahathir Mohəmmədin sözlərinə uyğun gəlir və onlar öz ünvanlarına səsləndirilən bütün ittihamları rədd ediblər» - deyə, «Zero Hedge» müəllifləri xəbər verirlər.

Bundan əlavə, Mahathir Mohəmməd Hollandiyanın qərarını pisləyib. Məhz bu qərar əsasında malayziyalı mütəxəssislər MN-17 laynerinin «qara qutusu»nun öyrənilməsi prosesindən kənarlaşdırılıblar.

«Zero Hedge»-nin dərc etdiyi material internet şəbəkəsinin diqqətindən kənarda qalmayıb. Şərhçilər etiraf ediblər ki, Malayziya hökuməti başçısının sözləri onlar üçün «böyük kəşf» olmayıb. Belə ki, bundan əvvəl də MN-17 təyyarəsinə yönəlik araşdırmalarla bağlı onlarda şübhələr baş qaldırıb. Qərbin mövqeyi təəccüb doğurur - qərb bütün məsuliyyəti Rusiyanın üzərinə atmaqla, Ukraynanı müdafiə edir.

Amerikalılar təsdiqləyirlər ki, bütün sübutlar ona işarə vurur ki, MN-17 layneri Ukrayna hərbçiləri tərəfindən vurulub.

«Şərqi Ukraynada hərbi münaqişəni izləyən bizlərdən hər birimiz lap əvvəldən bilirdik ki, bu təyyarəni ya Ukrayna, ya da ABŞ vurub. Nə üçün Ukraynanın aviadispetçer xidməti təyyarənin hərbi əməliyyatların getdiyi zona üzərindən uçmasına icazə veriblər? Əksinə, onu dolayı marşruta yönəltməyibər? Amerika KİV-ləri bu «yöndəmsiz» mövzuya toxunmağı sevmirlər. Onarın işi mifləri dəstəkləməkdən ibarət olur - o, mifləri ki, ABŞ dünyaya sırıyır» - deyə, şərhçi yazır.

««Almaz-Anjey» şirkətinin nümayəndələri bəyan ediblər ki, MN-17 təyyarəsinin qırıqlarında aşkarlanmış zədələr Rusiyanın silahlanmasında olan modernləşdirilmiş «Buk» raketlərinin buraxdığı izlərə uyğun gəlmir. Ukrayna hərbçilərinin sərəncamında olanlar isə istismardan çıxardılmış raketlərdir ki, onlar təyyarənin qırıqlarında qeydə alınmış izlərə uyğun izlər buraxırlar. Rəsmi istintaq bu nəticələri qulaqardına vurub» - şərhçi yazır.

«Hollanliya rəhbərliyi ABŞ-ın itidir. Təhqiqat lap əvvəldən saxta uydurub. Mənim üçün bunu bir amil sübut edir - Niderland hökuməti korrupsiyalaşıb!» - deyə, şərhçi əlavə edib.

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

Şərhlər

omer 2019-06-04 08:20:23

Ruslar yazir ,bawa dusulendi..biz niye tirajlayiriq..?hec basa dusulen deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol