Menu

"Azərbaycanda Ramazan bayramı sabahdır" - Şamaxı Rəsədxanası

04.06.2019, 11:17
"Azərbaycanda Ramazan bayramı sabahdır" - Şamaxı Rəsədxanası

Qonşu ölkələrdə Ramazan bayramının bu günə təsadüf etməsi səbəbindən bəzi şəxslər bayramın bu gün olduğunu, digərləri isə sabah bayram namazı qılınacağını deyir. Bu da insanlarda çaşqınlıq yaradıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında deyib ki, bir qrup adam hər il bu cür çaşqınlıq yaradır.

Onun sözlərinə görə, müxtəlif ölkələrdə çoğrafi en dairələrində müxtəliflik ola bilər: “Amma Azərbaycanda bu gün axşam saatlarında ay görünəcək. Səhər isə bayram namazı qılınacaq”.

Şamaxı Astrofizika Rəsədxanasının mətbuat xidmətindən APA -ya verilən məlumata görə, sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış şəkil dezinformasiyadır, 2007-ci ildə çəkilib: "Azərbaycanda Ramazan bayramı sabahdır. Ay bu gün saat 20:00 və 21:00 arası qərb istiqamətində görünəcək".

Qeyd edək ki, QMİ-nin verdiyi rəsmi məlumata əsasən, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-dəsaat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.

Şərhlər

Elxan 2019-06-04 11:17:21

Evveller Samaxi resedxanasi oz musteqil movqeyini ifade edirdi,sonra QMI beyanatla cixis etdi ki,"Resedxana oz isi ile mesqul olsun".))))Cox naraqlidir butun dunya muselmanlari Ayi gorur,Iran motoru ile olanlar 1gun sonra gore bilirler.

omer 2019-06-04 11:17:21

Niye turkiye ve rusiyada bayram bu gundur,bizde sabah.?eger resedxana dunen yenilenmiw ayi gorubse demek bu gun bayrami elan etmeli idi...yox gormeyibse niye??

Ramazan SİRACOĞLU 2019-06-04 11:17:21

Qurani-kərimdə fitr ( orucluq) bayramının nə zaman ediləcəyi barədə məlumat verilməsə də, orucluğun başlaması haqqında bilgi vardır. Bəqərə surəsinin 185-ci ayəsində buyurulmuşdur ki, “Ramazan ayı insanları doğru yola yönləndirən, onlara ( xeyir və şəri ) açıqlayan Quranın endirildiyi bir aydır; sizlərdən ( bu ayın başlamasını ) görən olsa oruc tutun- Şəhru rəmədanə-l-ləzi unzilə fihi-l- Quranu hudən lin-nasi və bəyyinati min əl furqani fəmən şəhidə minkumu-ş- şəhrə fəl yəsumhu”
شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ
Bu ayədə buyurulan “şəhr”- شهر – sözündə səma cismi Ay mənası yoxdur. “Şəhr” sözünü ərəb dilçiləri bu şəkildə açıqlayırlar: شهر- جزء من اثني عشر جزءًا من السَّنة الشمسيّة والقمريّة ويقدّر في السنة القمريّة بدورة القمر حول الأرض - Günəş və Ay təqviminə görə, ilin 12-də bir hissəsi, Ay təqviminə görə, Ayın Yer ətrafında bir dəfə dövrə vurması”.
Müasir dövrdə elm və texnikanın inkişafı insanlara neçə il əvvəldən Günəş və Ay tutulmalarının vaxtını dəqiq müəyyənləşdirməyə imkan verir. Qibləgahımız olan Məkkə də daxil olmaqla bütün islam dünyası 4 iyun 2019-cu ili şəvval ayının başlanğıcı kimi, yəni orucluğun bitdiyini bayram edir. Biz isə üfüq məsələsini dəlil gətirməyə çalışırıq. O zaman yeni ili də yanvarın 2-də qeyd eləyək ki, üfüq məsələsinə görə Günəş bizdə gec görünür.

t.ədalət 2019-06-04 11:17:21

Axı, Ay görünüb.Demək istəyirsiniz ki,Allahın göstərdiyi təzə Aya yox,sizə inanaq?Valklah,ayıbdır.Səhvini anlamaq mədəniyyəti gərəkdir.

Fətullah 2019-06-04 11:17:21

Əgər ramazan bayramı iyunun 5-də olursa.o zaman Ramazan ayı Azərbaycanda 31 gün olur? Axı tarixən insanlar 29 gün oruc tutmuş və 30-cu gün bayram etmişlər.Amma bu ilki məlumatlara istinad etsək oruc 30 gün tutulub və 31-ci gün bayram elan edilirş Bu pradoksun səbəbini isə heç kim açıqlamır.Bütün müsəlman ölkələri iyunun 4-nü bayram etdiyi halda Azərbaycanda bayram bir gün gecikdirilib.Niyə? Məqsəd? Bu suallar bütün müsəlmanları və oruc tutanları düşündürür.Bu fərqləndirmə nə üçün?

t.ədalət 2019-06-04 11:17:21

İslamda təriqətçilik küfrdür.Bütün müsəlmanların bir Allahı var.Həzrəti Mühəmməd Allahın elçisidir.Mübarək peyğəmbər dünyadan köçəndə özü deyib ki,özümdən sonra Quranı və Əhli-beyti sizə əmanət qoyub gedirəm.Göründüyü kimi,İslam Peyğəmbəri "sünnü-şiəlik" deyilən məsələdən bəhs etməyib.İndi Allahşükür Paşazadə Allahın bizə nəsib etdiyi Qurban və Fitr bayramlarını "sünnü-şiə" məzhəbləri arasında fərqləndirməklə Allaha şərik qoşanlardan olur.Bizi Böyük Türkiyədən aralı salmaq mərəzi ilə yanlışlığa yol verir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol